Slimfit
  1. DİN

Oruc tutub, iftardan sonra spirtli içki içənlər...

Oruc tutub, iftardan sonra spirtli içki içənlər...
Sakura

Oruc tutub, iftardan sonra spirtli içki içənlər...

Spirtli içki qəbul etmək hər bir müsəlman üçün Allahın haram etdiyi əməllərdəndir. Bəzi insanlar var ki, onlar müqəddəs Ramazan ayında da spirtli içki qəbul edirlər.

İlahiyyatçı Elvüsal Məmmədov Modern.az-a bildirib ki, hər bir müsəlman Allaha inanırsa, onun bizlərə əmr etdiyi qadağalardan çəkinməli, buyurduqlarına riayət etməlidir.

“Ümumiyyətlə, spirtli içki müsəlmanlara haram buyurulub. Ramazan ayına gəldikdə isə müsəlman bilməlidir ki, Allaha itaət konkret vaxtla hesablanmır. Elə bir qayda yoxdur ki, bir müddət Allaha itaət olunsun, sonra isə yox. Ramazan ayında təbii ki, insanlar içkidən uzaq durmalıdırlar. Spirtli içki qəbuluna görə insanları qruplara ayırmaq olar. Alkaqolun təsiri ilə içki aslılığından əziyyət çəkən insanlar və sıradan içki qəbul edən insanlar. Elmdə məlumdur ki, alkoqolun tərkibində narkotik maddə olduğuna görə insanlar içkiyə bağlı şəkildə yaşamağa başlayırlar". 

Elvüsal Məmmədovun sözlərinə görə, bəzi insanlar oruc tutub, iftardan sonra içki qəbul edirlər.

“Çox vaxt buna qarşı çıxan insanlar olur. Lakin bu tamamilə yanlışdır. Bəli, qeyd etdiyim kimi içki haramdır, amma bu o demək deyil ki, günah iş görülürsə, savab iş görülməməlidir. Ümumiyyətlə dində hər hansı bir günah əməl savab əməlin edilməsinə əngəl deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR