Slimfit
  1. DİN

Oruc tutanlar bu qaydalara riayət etməlidirlər

Oruc tutanlar bu qaydalara riayət etməlidirlər
Sakura

Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər

Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq olunub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, kardioloq Aydın Mustafa oruc tutulmasının qaydaları ilə bağlı açıqlama verib. O deyib ki, oruc tutulması insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir. 

“Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidilər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda, imsaq və iftarda çox duzlu yemək qəbul etmək olmaz. Bu, ürək, qan-damar xəstəliklərinə səbəb ola bilər. Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər. İftar ilə imsaq arasında olan vaxtda kifayət qədər maye qəbul edilməlidir. İftar zamanı yeməkləri aramla və qısa məsafələr verməklə yemək lazımdır”, – deyə kardioloq əlavə edib.

O, bildirib ki, imsaqda sulu və lifli qidalara üstünlük vermək lazımdır. Belə qidalar sizi uzun müddət tox saxlayacaq.

Kardioloq onu da əlavə edib ki, ürək, qan-damar xəstəliyi olan xəstələr həkimləri ilə məsləhətləşib, sonra oruc tuta bilərlər. Əks halda onların səhhətində problem yarana bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR