Slimfit
  1. MARAQLI

Orta əsrlərin “Yalan detektoru”

Orta əsrlərin “Yalan detektoru”
Sakura
:0

Orta əsrlərin “Yalan detektoru”

Müasir yalan detektorunun əcdadı orta əsrlərdə icad edilibmiş. Ancaq müasir detektorun işi orta əsrlərin yalan detektorundan xeyli fərqlənir. SIA mirfactov.com saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, ağzı, saqqalı olan, mərmərdən oyulmuş və diametri 1,75 m olan bir insan üzünün yuvarlaq, dəyirmi heykəli eramızdan əvvəl IV əsrdə yaradıldığı güman edilir və 17-ci əsrə qədər bəzək kimi istifadə edilib. Orta əsrlərdə xurafatçı insanlar yalana görə əldən məhrumolma kimi şiddətli bir cəza ilə üzləşəcəyinə inanırdılar ki, bu cəzalandırmanın da mistik mərmər maskası tərəfindən ediləcəyi kimi başa düşülürdü.

Ağzı olan yuvarlaq insan heykəlinin bu forması onun yalan detektoru kimi şöhrət qazanmasına gətirib çıxarıb. Xurafatçı insanlar elə hesab edirlərmiş ki, yalan danışan adam əlinin heykəlin ağzına saldığı zaman heykəl onun əlini dişləyəcək. Rəvayətə görə hətta heykəlin arxa tərəfində xüsusi cəllad qoyulubmuş və günahı, yalan danışdığı sübut olunan kəs əlini heykəlin ağzına qoyduğu zaman həmin cəllad yalan danışanın əlini kəsirmiş.

Bu yalan detektorunun, yəni bu dəyirmi insan sifəti şəkilli heykəlin şöhrəti o qədər yayılıb ki, onun barəsində müxtəlif filmlər də çəkilib. Hətta bu “yalan detektoru”nun bəzi bədii filmlərdə də çəkildiyi məlumdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR