Slimfit
  1. MARAQLI

Orqanizmi təmizləmək üçün 2 ən yaxşı üsul - Oruc və İdman

Orqanizmi təmizləmək üçün 2 ən yaxşı üsul - Oruc və İdman
Sakura

Orqanizmi təmizləmək üçün 2 ən yaxşı üsul - Oruc və İdman

Bədənimizdə reallaşan faydalı proseslərdən biri, uzun müddət istifadə edilməyən zülallardan özünü təmizləməkdir.

Zülallar qüsurlu, zəhərli və ya çox olduqda, bədənimizdəki bu mükəmməl hüceyrə mühərriki tez bu ölü ağırlığı seçərək parçalayır. Elm insanları bu prosesə nəzarət etmək üçün yeni yollar axtarır və bu sayədə Alzheimer və Parkinson kimi xəstəlikləri müalicə etmək istəyir. Bu araşdırmalar nəticəsində idman və orucun hormon səviyyələrindəki dalğalanmaların meydana gəlməsində önəmli olduğu göstərildi. Bədənin təbii zülal tullantı mexanizmi orqanizmlərin sağlamlığı üçün lazımlıdır.

 

Deyerler.org bildirir ki, araşdırmanın iştirak edən Harvard tibb fakültəsindən elm insanları bu prossesin Alzheimer kimi xəstəliklərdə öncül olduğunu düşünür. "Artıq zülalların neyronlarda yığılaraq, Alzheimer, ALS, Parkinson kimi xəstəliklərə gətirib çıxardığını bilirik. Bu təcrübənin zülal dağıtmasındakı ubikitin-proteasom sistemilə də əlaqəli olduğunu bilirik. Əməkdaşlıq ilə aparılan araşdırmada, erkən yaddaş itirmə və Alzheimer xəstəliyi siçan modeli beyinlərində təcrübədən keçirildi və artıq zülalların təcrübəsinə səbəb olduğunu gördük", - deyə Cordan VerPlank bildirdi.

Elm insanları bir sıra təcrübələr hazırladı. Araşdırmada idman və oruc ilə reallaşan hormonal dəyişmələrə diqqət edərək, hüceyrələrdəki dəyişmələri "əvvəl" və "sonra" olaraq nizamladı. "Burada həqiqətən hüceyrənin süpürgə sisteminə tamamilə fərqli bir baxımdan baxırıq", - deyə araşdırmaçı Alfred Qoldberq qeyd etdi.

Araşdırma Proceedings of the National Academy of Sciences jurnalında nəşr olundu.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR