Slimfit
  1. ƏDƏBİYYAT

Ordubadlı Kərim - Ordubadlı Kərimlə bağlı rəvayət

Ordubadlı Kərim - Ordubadlı Kərimlə bağlı rəvayət
Sakura

Ordubadlı Kərim - Ordubadlı Kərimlə bağlı rəvayət

Əzizlərim, ustadlar ərz edir ki, Ordubadda Molla Qasım adlı bir şəxs var idi, amma sövdəgərlik də edirdi. Ordubad mahalında onu tanımayan yox idi. Molla Qasımın züriyyətdən tək bir oğlu var idi. Adını Kərim çağırırdılar. Kərim nə qədər desən zirək, amma çox tərs idi. Odur ki, Molla Qasım bir tay-tuşla söhbət zamanı deyərdi: “Bir atım var, o da xuygürdü”. Nə isə indi nə başınızı ağrıdım. Bu Kərim anasının sözünə baxmazdı, atasının da sözünnən çıxardı.
Kərimin xoşagəlim səsi var idi, hərdən təbi gələndə bir- iki qatar söz də qoşardı. Molla Qasım söz-söhbətdən başı çıxan adamıydı, amma Kərimin inadkarlığı elə eləmişdi ki, o buna fikir vermirdi.
Bir gün Kərim atasına dedi:
-Qoy gedim aşıxlığa.
Molla Qasım dedi:
-Sənin halm-xasiyyətin yoxdur, sənnən aşıx olmaz. Get, bağımıza bağmanlıx elə.
Kərim dedi:
-Yox, mənnən bağman olmaz, aşıxlığa gedəcəm.
Molla Qasım dedi, Kərim dedi. Axırda Qasım oğluna bir şillə çəhdi. Kərim acıx eliyib əvdən çıxdı.
Kərim şəhər karvansarasına gəldi. Gördü karvan Naxçıvana yola düşür. Qoşuldu karvana, gəbp Naxçıvana çatdı, so- raxlaşıb tacir dükannarı yerrəşən bazara getdi. Başdadı bazarı dolanmağa. Gəzə-gəzə gəlip bir sazbənd dükanı qarşısında dayandı. Sazbənd baxdı ki, bir oğlan dükanın qarşısından içəri baxır. Səslədi ki, ay oğul, içəri gəl görüm, nə isdiyirsən?
Kərim içəri keşdi.
Dedi:
-Salam ay usta, isdiyirəm bir saz alam.
Usta dedi:
-Əleykümə salam. Oğul məxsədin yaxşıdı, amma qabında bir şey olsa. Çünki burda hər gələnə saz satmazdar. Bir-iki havacat gərəh biləsən.
Kərim dedi havacat çalmağı bacarmıram.
Sazbənd dedi:
-Onda bizimki tutmadı. Mən saz düzəldənəm, həm də aşıx. Bilsəydin səni şəyird götürərdim. Kərim fıkirrəşdi ki, yaman yerdə axşamladım, indi atam soraxlaşıb arxamca gəlsə, işim pis olacax. Əl atıb divardakı sazdardan birini götürdü. Aşıx havasına oxşar bir hava dilləndirdi.
Dedi:
Canım usta, gözüm usta,
Usta sonra sma məni,
Gəlib görər atam Qasım Bulayar al-qana məni.
Sazbənd baxdı, Kərimin yaxşı səsi var, söz qoşmağı var. Dedi:
-Hə, indi işin düzəldi. Yaxşı səsin, təbin var, sənnən aşıx
olar.
O günnən Kərim şəyird oldu. Sazbəııdliyi öyrəndi, saz çaldı. Belə deyərdilər, Kərim yaxşı aşıx oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR