Dərc edildi: Baxış sayı: 752
Ordubadlı Kərim - Göründü
Nagahandan mənim həsrət gözümə
O xubların qibləgahı göründü.
Bulud kimi zülfün tökdü üzünə
Sanasan fələyin mahı göründü.
Yanağı qırmızı laleyi-əhmər,
Başda zərəndamı tir mey i-zivər,
Qaşlarının tağı mehrabi-mənbər,
Aşıqların qibləgahı göründü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət