Dərc edildi: Baxış sayı: 727
Ordubadlı Kərim - Ayaza qarşı
Səhər-səhər günəş pərtöv salanda,
İstər ki, səmadan ay aza qarşı.
Gah münəvvər olur, artırır kamal,
Gah özün yetirir ayaza qarşı.
Eşq bəhrinə daldım, dərdinə qaldım,
Mənsur tək çəkildim, dərində qaldım,
Kəlbin tək yaşlandım, dərdinə qaldım,
Gecələr sızlaram ayaza qarşı.
Gir bağa gəşt elə olanda yar hey!
Sözün bülbül kimi olanda yar hey!
Ozün Sultan Mahmud olanda yar hey!
Kərimi də oxşat Ayaza qarşı.
2-ci variant
Səhər-səhər günəş pərtöv edəndə
Artar səma dəmi ayaza qarşı.
Gahdan-gah münəvvər elər camalı
Gah-gah gizildədər ayaza qarşı.
Yarın gül budağın əyəndə barı,
Dərdi-dilin ona deyəndə barı,
Özün Mahmud bilib öyəndə barı,
Qul eylə Kərimi Ayaza qarşı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət