Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Gülalıyevdən xəbər var

Oqtay Gülalıyevdən xəbər var
Sakura

Oqtay Gülalıyevdən xəbər var

Atamın səhhətində müsbət hallar artmağa başlayıb.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün “Facebook” şəbəkəsindəki hesabında məlumat paylaşıb.

“Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin, hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidilə”, - deyə T.Gülalıyev qeyd edib.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə, ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

Daha sonra Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR