Slimfit
  1. AZƏRBAYCAN

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq
Sakura

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyat olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu Alı Gülalıyev “Facebook” səhifəsində məlumat yayıb.

A.Gülalıyev bildirib ki, atasının durumunda müsbət irəliləyişlər olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya hələlik cavab çox zəif verdiyindən, srağagün MRİ ediblər:

“Nəticəyə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq. İnşallah, əməliyyat uğurlu keçər. Xoş xəbərlər vermək ümidi ilə”.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə, ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, onun Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

O, noyabrın 6-da səhər saatlarında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınıb və orada Avrasiya Xəstəxanasına yerləşdirilib.

Daha sonra Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR