Slimfit
  1. AZƏRBAYCAN

Operativ Qərargah: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

Operativ Qərargah: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”
Sakura

Operativ Qərargah: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah əhaliyə çağırış edib.

Oxu.Az-ın məlumatına görə, qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, dərslərin dayandırılması ilə bağlı sərəncam var və hər kəs buna əməl etməlidir.

O qeyd edib ki, ölkədə təhsil müəssisələrində dərslər dayandırılıb:

“Sərəncamda qeyd olunub ki, bütün təlim təhsil mərkəzlərində təhsil dayandırılıb. Burada evdə və digər şəraitdə tədris olunan dərslər, eyni zamanda, toplu situasiyalar nəzərdə tutulub. Vətəndaşlar ehtiyatlı olmalıdır.

Bu məsələdə müəllimlər, şagirdlər və validenlər məsuliyyətli olmalıdır. Onlar çalışmalıdırlar ki, sosial tədris tələbinə əməl etsinlər və mümkün qədər evdə qalsınlar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR