Slimfit
  1. MƏDƏNİYYƏT

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq
Sakura

Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun”la açacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.

Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.

Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR