Slimfit
  1. MƏDƏNİYYƏT

Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq

Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq
Sakura

Opera və Balet Teatrı mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə mövsümün açılışını edəcək.

Teatrdan "Report"a verilən məlumata görə, tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. 

Mövsümün açılış tamaşasında əsas rolları əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn Salam) və b. ifa edəcəklər. Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ü.Hacıbəyli musiqi festivalı çərçivəsində həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu" baleti, sentyabrın 23-də isə M.Maqomayevin "Şah İsmayıl" operasının tamaşaları keçiriləcək.

Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin "Leyli və Məcnun" və "Don Kixot" baletlərini seyr edə bilərlər.

Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü.Hacıbəylinin "Arşın mal alan" tamaşası nümayiş olunacaq.

Sentyabrın 30-u bazar günü isə  C.Puççininin "İl Tabarro" operasının tamaşası keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR