Slimfit
  1. İQTİSADİYYAT

OPEC ölkələri sentyabrda neft hasilatını artırıb

OPEC ölkələri sentyabrda neft hasilatını artırıb
Sakura

OPEC ölkələri sentyabrda neft hasilatını artırıb

 OPEC ölkələri avqusta nisbətən sentyabr ayında neft hasilatını gündə 0,15 milyon barel artıraraq 32,78 milyon barelə çatdırıb və bununla da OPEC+ sazişini 121 faiz səviyyəsində yerinə yetirib.

Report” xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin məruzəsində qeyd olunub. Həmçinin bildirilib ki, OPEC ölkələri tərəfindən avqust ayında sazişi icra gəstəricisi də dəyişdirilib. Belə ki, əvvəlki məruzədə həmin göstərici 115 faizdirsə, hazırda 118 faiz qeyd olunur.

Xatırladaq ki, 2016-cı ildə Vyana görüşü zamanı OPEC və bir neçə qeyri-OPEC ölkələri (OPEC+ formatı) həmin ilin oktyabr səviyyəsinə nisbətən gündəlik neft hasilatını 1,8 milyon barel azaltmaq barədə razılığa gəlmişdilər. 2017-ci ilin əvvəlindən icra olunan bu razılaşma, - o cümlədən son dəfə 2018-ci ilin sonunadək, - iki dəfə uzadılıb.

Bu il iyunun 23-də OPEC+ formatı ölkələri həmin razılaşmanı artıqlaması ilə yerinə yetirməmək barədə razılığa gəlib. Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin qeyd etdiyi kimi, bu, əməldə gündəlik hasilatın 1 milyon barel artırılması demək olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR