Dərc edildi: Baxış sayı: 213
OPEC neftə tələbat artımı ilə bağlı proqnozunu saxlayıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024 və 2025-ci illərdə neftə tələbat artımı proqnozunu saxlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə kartelin aprel hesabatında məlumat verilib.
2024-cü ildə gündəlik tələbat 2,25 milyon barel artaraq 104,46 milyon barelə, 2025-ci ildə isə daha 1,85 milyon barel artaraq 106,31 milyon barelə çatacaq.
OPEC-ə daxil olmayan ölkələrdən neft tədarükü ilə bağlı proqnoza cüzi düzəliş edilib: 2024-cü ildə göstərici sutkada 1,07 milyon barel artaraq 70,44 milyon barelə çatacaq.
2025-ci il üçün artım proqnozu sutkada 1,3 milyon bareldən 1,4 milyon barelə yüksəlib və hazırda 71,75 milyon barel təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət