OPEC-Azərbaycan ittifaqı yaradılmayacaq
OPEC təşkilata üzv olmayan 10 ölkə, o cümlədən Azərbaycanla daimi ittifaq yarada bilər.
"Kommersant.az" xəbər verir ki, bu barədə 23 sentyabrda Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasının nizamnaməsində bildirilir. Məlumata görə, ittifaq bazarın sabitliyini təmin etmək məqsədi daşıyır. Koalisiyaya Azərbaycanla yanaşı, Rusiya, Meksika, Qazaxıstan, Oman, Malayziya və digərləri daxildir.
Qeyd edək ki, ittifaq reallaşacağı təqdirdə, koalisiya üzvlərinin il ərzində ən azı bir dəfə görüşü keçiriləcək.
Neft-qaz sahəsi üzrə mütəxəssis İlham Şaban məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, daimi ittifaqın yaradılmasına ehtiyac yoxdur:
"Azərbaycanda neft hasilatı getdikcə azalır. Ölkə, OPEC+ formatında OPEK-lə əməkdaşlıq edir. Azərbaycan neft hasil edən və ixrac edən ölkə kimi dünyada neftin qiymətinin stabilləşməsində maraqlı idi. 2016-cı ildə neftin qiymətinin kifayət qədər az olmasına öz etirazını bildirdi. Azərbaycan OPEK-in təşəbbüsünə qoşularaq çalışır ki, bazarda qiymətlər ədalətli səviyyədə bərqərar olsun".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət