Slimfit
  1. AZƏRBAYCAN

Onlar deputat pensiyası ala biləcəklərmi? – “Məndə narahatçılıq var, gizlətmirəm

Onlar deputat pensiyası ala biləcəklərmi? – “Məndə narahatçılıq var, gizlətmirəm
Sakura

Onlar deputat pensiyası ala biləcəklərmi? – “Məndə narahatçılıq var, gizlətmirəm

Hazırkı çağırış Milli Məclisin öz fəaliyyətini başa vura bilməməsi gələcəkdə deputatların sosial təminatı baxımından problemlər yarada bilər. Araşdırmalardan belə aydın olur ki, ilk dəfə V çağırış Milli Məclisinə düşən, amma fəaliyyət müddətini tam başa vura bilməyən deputatlar millət vəkili təqaüdündən məhrum ola bilərlər. Bu məsələ mətbuatın diqqətini cəlb etməsə də, deputatlar arasında bu istiqamətdə müzakirələrin getdiyinə dair xəbərlər gəlir.

AzPolitika.info” bu mövzunu ilk dəfə Milli Məclisə düşən, amma fəaliyyət müddətini tam başa vura bilməyən və təqaüd yaşını haqlamaqda olan deputat Tahir Kərimli ilə müzakirə edib.

T.Kərimli deyir ki, bu məsələyə aydınlıq gətirmək lazımdır. Onun fikrincə, bu hal xüsusən, Konstitusiya qəbul ediləndən sonra seçilən deputatlara aiddir: “Çünki parlament fəaliyyətini tam başa vurmalıdır ki, həmin şəxslər sonradan deputat təqaüdünü ala bilsinlər. İndi deputatın özündən asılı olmayaraq parlament buraxılır. Və demək olar ki, 5 illik müddət tamamlanmır. Ancaq burada Konstitusiya və qanunlara istinad etmək lazımdır”.

Bu qanunların tələbinin nədən ibarət olduğuna gəldikdə, Tahir Kərimli deyib ki, həm Konstitusiya, həm də “Deputat statusu haqqında” Qanuna əsasən deputat iki halda öz hüququndan və digər təminatlardan mərhum edilə bilər: “Birincisi, deputatın haqqında cinayət işi olduqda. İkincisi, Milli Məclisin qərarı ilə deputatlıqdan kənarlaşdırıldıqda. Bu iki hal olmasa deputat bütün səlahiyyətlərini qoruyub saxlayır. O ki, qaldı parlamentin 5 illik müddətini başa vura bilməməsinə, 98.1 maddəsinin sonuncu bəndi buna tam aydınlıq gətirir. Bu aydınlıq ondan ibarətdir ki, növbədənkənar Milli Məclis 5 illik müddəti tamamlamamış öz səlahiyyət müddətini beşinci ilin noyabrında tamamlayır. Demək fevralda seçkilər olsa, bu parlament konstitusiyaya əsasən 2024-cü ilin noyabrında səlahiyyətini bitirəcək. Yəni vaxtından bir neçə ay əvvəl bitirəcək. Göründüyü kimi, Konstitusiya özü müəyyən edir ki, növbəti hallarda 5 illik müddət başa çatmasa da, parlamentin bir müddətlik səlahiyyəti olur. İndiki halla paralel aparsaq, baxmayaraq ki, Milli Məclisin 5 illik fəaliyyəti tamam olmur, amma indiki halda bu müddət parlamentin səlahiyyət müddəti hesab oluna bilər. Həm qanun konkret göstərir ki, deputat hansı hallarda pensiyadan mərhum oluna bilər, həm də bu. İzah bundan ibarətdir”.

Kərimli istisna etmir ki, gələcəkdə pensiya verən orqana qanunun aydınlaşdırılmasına zəruri edən hallar ortaya çıxsın: “Bu zaman qanunvericilik təşəbbüsü olan orqan Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Amma mən dediyim əsaslar bu məsələyə kifayət qədər aydınlıq gətirir. Ancaq təbii ki, indiki halda bu müəyyən qədər narahatlıq yaradır. O, cümlədən də məndə. Mən bunu gizlətmirəm. Hesab edirəm ki, gələcəkdə bizim qanunlarımızda belə dəqiqləşdirmələr aparmaq lazımdır. İndi belə narahatlığın olmasına görə heç kimi qınamaq doğru olmazdı. Çünki ilk dəfədir ki, bizdə parlament buraxılır və belə situasiya yaranır. Görünür əvvəlcədən bunu nəzərə almaq diqqətdən qaçıb”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR