“Onlar bilərəkdən qaydaları pozub görülən işlərə kölgə salırlar” - Adil Əliyevdən sərt sözlər
Milli Məclisin sədr müvaini Adil Əliyev vəzifəli şəxslərin karantin rejiminin qaydalarını pozması hallarına münasibət bildirib.
Ens.az Azxeber.com-a istinadən xəbər verir ki,Adil Əliyevin münasibətini təqdim edir:
"Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır.
Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar.
Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət