Slimfit
  1. DÜNYA

Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar

Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar
Sakura
:0

Onkoloqlar döş xərçəngindən müdafiə olunmağın yolunu araşdırdılar

Bədən çəkisinin azalması süd vəzilərinin xərçənginin inkişaf riskini azaltmağa kömək edəcək.

“EurekAlert” portalının məlumatına əsasən, belə bir qənaətə Amerika Onkologiya Cəmiyyətinin mütəxəssisləri gəliblər.

Əvvəlki tədqiqatlar da onkologiya və artıq çəki arasında əlaqənin olduğunu göstərirdi. Lakin bu araşdırmanın müəllifləri xəstəliyin inkişafının yüksək riskini azaltmağın mümkün olub-olmadığını öyrənməyə çalışıblar.

Alimlər 50 və daha çox yaşı olan 180 mindən artıq qadının məlumatlarını təhlil ediblər. On il ərzində onların çəkisi üç dəfə qeydə alınıb: təcrübənin əvvəlində, beş və doqquz ildən sonra. Tədqiqatın nəticələri göstərib ki, iştirakçılar nə qədər çox çəki itirirdilərsə, onkologiyanın inkişaf ehtimalı da  bir o qədər azalırdı. Xəstələr artıq risk qrupunda olduqları halda belə, çəkiləri azaldıqca xərçəng xəstəliyinə tutulma şansları da azalırdı.

“Bizim nəticələrimiz göstərir ki, 50 yaşdan yuxarı qadınlarda hətta orta çəki itkisi də döş xərçənginin inkişafının riskini azaldır”, - deyə tədqiqatın aparıcı müəllifi Lorens Teras bildirib.

Onkologiyanın inkişaf riski iki kiloqramdan dörd kiloqram yarıma qədər arıqlamış iştirakçılarda 13 %, dörd kiloqram yarımdan 9 kiloqrama qədər çəki itirənlərdə 16 %, doqquz kiloqramdan artıq arıqlayanlarda isə 26 % azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR