Slimfit
  1. TEXNOLOGİYA

OnePlus 7 smartfonunun ətraflı xüsusiyyətləri şəbəkədə yayılıb

OnePlus 7 smartfonunun ətraflı xüsusiyyətləri şəbəkədə yayılıb
Sakura

OnePlus 7 smartfonunun ətraflı xüsusiyyətləri şəbəkədə yayılıb

İnsayderlərin məlumatlarına əsasən, ikinci rübdə OnePlus 7 smartfonunun təqdimatı baş tutacaq. Flaqmanın anonusu gözləməyərək, şəbəkə riteylerlərindən biri smartfonun texniki özəlliklərini tam olaraq açıqladı.

Xarakteristikalar. GSMArena xəbər verir ki, cihazın “ürəyi” Qualcomm Snapdragon 855 oldu. Çipin tərkibinə 2.84Qhz takt tezlikli 8 nüvəli Kryo 485 daxildir. Qrafikanın emalı ilə güclü sürətləndirici Adreno 640 məşğuldur.

LGBPDDR4x əməli yaddaşın həcmi 12QB-a çatır. UFS 2.1 fleş yaddaşın həcmi 128QB və ya 256QB-dır. Enerji təminatına 4000 mA/s həcmli akkumulyator cavabdehdir.

Displey və kameralar. 6.5 düymlük ekran Corning Gorilla Glass 6 möhkəm şüşə ilə zədələnmədən qorunur.

Ön kamera 16 meqapikselli sensorla sürüşən periskop modul kimi hazırlanıb. Korpusun arxa hissəsində üçlü kamera var: dərc olunmuş məlumatlara əsasən, onun konfiqurasiyası 48 Mp, 20 Mp və 5 Mp ötürücülərin istifadəsinə əsaslanır.

Qiymət. Qiymətə gəlincə, 569 dollar olacağı təxmin edilir, amma yaddaş həcmi barədə heç bir məlumat yoxdur.

 

Mənbə: 24tv.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR