Dərc edildi: Baxış sayı: 903
"Allah göstərməmiş, ermənilər bu oyunu müharibə vaxtı çıxartsaydılar..."
Mərhum akademik Ziya Bünadovun 1988-ci ildə yazdığı "Niyə Sumqayıt?" başlıqlı sensasion məqaləsində gələcəkdə baş verən hadisələri aydın şəkildə görürmüş. Həmin məqalədən bir parça ilə yenidən tanış olaq. Bu məqalə "Tarix" dərsliklərinə salınıbmı?
"Hitler təbliğatı xalqlarımızın birliyini sarsıda bilmədi. İndi mən öz-özümə həyəcanla sual verirəm - Allah göstərməmiş, ermənilər bu oyunu müharibə vaxtı çıxartsaydılar, nə baş verərdi? Şübhəsiz ki, cəbhə bir neçə günün içərisində dağılardı. Şükürlər olsun ki, baş verməyib! Amma 1948-ci il gələndə qəribə hadisələr baş verdi. Xaricdən kimlərinsə hiyləgər planlarına uyğun olaraq Ermənistan SSR ərazisinə minlərlə erməni köçürülməyə başlandı. Özü də köçürülənlərin əksəriyyəti Ayrikyan, Manuçaryan, yaxud da Daşnaksyutun MK üzvünün qızı Silva Kaputikyan kimi başı sonacan əzilməmiş daşnak tör-töküntüləri idi. Elə həmin vaxtda da 500-600 ildən artıqdır ki, indi Ermənistan SSR ərazilərini təşkil edən torpaqlarda kompakt halda yaşayan azərbaycanlıların sıxışdırılıb qovulmasına başlandı. Bunun şahidi olan qəbirüstü yazılar indi daşnakların müasir nəsilləri tərəfindən barbarcasına məhv edilməkdədir. Azərbaycan kəndlərinin adları, toponimlərimiz, hidronimlərimiz kütləvi şəkildə erməniləşdirilməyə başlandı. Mikoyanın, Beriyanın, Dekanozovun, Armavirli erməni Abakumovun bölgüsü və Bağırovun razılığı ilə öz doğma yurdlarından çıxarılan azərbaycanlılar Azərbaycan SSR-nin dağlıq ərazilərində deyil, İmişli, Füzuli və s. kimi isti malyariya tüğyan edən rayonlarında məskunlaşdırıldı. Amma əslinə qalsa, onlar Dağlıq Qarabağda yerləşdirilməli idilər. Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər. Gəlmə ermənilərin ideoloji təbliğatı yavaş-yavaş yerli "axber"lərin beynini o dərəcədə yerindən oynatdı ki, axırda "Üç dəniz arasındakı Ermənistan" şüarı təzədən xortdadı."
Yazı 1988-ci ildə "Elm" qəzetində rus dilində çap olunub.
Etibar Əliyev
Tanınmış təhsil eksperti
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət