Dərc edildi: Baxış sayı: 385
On yeddi yaşadək futbolçulardan ibarət yığmamız “Prezident kuboku” turnirinin finalına vəsiqə qazanıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Millimizin heyətində Musa Qurbanlı fərqlənib.
Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət