Dərc edildi: Baxış sayı: 397
On mindən çox sakinin su problemi həll olunacaq
Səbail rayonu Badamdar qəsəbəsində Üçüncü massiv adlanan ərazidə su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb.
İşlərin aparıldığı əraziyə gələn Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, aparılan işlər 10 mindən çox insanın su və kanalizasiya problemlərinin həllinə yönəlib.
Qurum rəsmisinin sözlərinə görə işlərin tam olaraq 2020-ci ilin ilk rübündə yekunlaşacağı planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət