Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ömrü uzadan 7 tövsiyə

Ömrü uzadan 7 tövsiyə
Sakura

Ömrü uzadan 7 tövsiyə

 

Tanınmış amerikalı həkim-kardioloq Klayd Yansi insanın uzunömürlü olmasını təmin edə biləcək tövsiyələr tərtib edib. Həkimin fikrincə, insan orqanizmi əvvəlcədən uzun ömür sürməyə proqramlaşdırılıb. Ömrü qısaldan sağlamlığa ziyan vuran vərdişlərdir.

AZƏRTAC “MedikForum”a istinadla həmin qaydaları təqdim edir. Klayd Yansinin fikrincə, bu qaydalar insanın 90-cı və 100–cü yubileyini qeyd etməyə kömək edə bilər.

Fiziki fəallıq. Həkim qaçış, üzgüçülük, intensiv yerimə, idman oyunları ilə məşğul olmağı tövsiyə edir. Kardioloq bildirir ki, fiziki fəallığın çatışmazlığı insanın ömrünü 4 il qısaldır. Ürək xəstəlikləri və ya insult azhərəkətli adamlarda daha çox inkişaf edir.

Xolesterini nəzarətdə saxlamaq. Xolesterinin miqdarı artması damarlarda ürək-damar patologiyaları riskini artıran düyünlərin əmələ gəlməsinə səbəb olur. Odur ki, xolesterinin 5 vahiddən yuxarı qalxmasına imkan vermək olmaz.

Rasiona diqqət yetirmək. Uzun ömür sürmək üçün rasiondakı şirniyyat, fastfud və qazlaşdırırlmış içkiləri məhdudlaşdırmaq lazımdır. Sellüloz, dənli bitkilər, təzə meyvə-tərəvəzi isə çox yemək lazımdır.

Təzyiqin yüksəlməsinə yol verməmək. Yüksək təzyiqi təsadüfən “sakit qatil” adlandırmırlar. Arterial hipertenziyası olan insanlarda insult riski 40 faiz, infarkt ehtimalı isə 25 faiz yüksəkdir. 45 yaşına çatandan sonra təzyiqi nəzarətdə saxlamaq xüsusilə vacibdir.

Çəkinin artmasına yol verməmək. Həkim-kardioloq xatırladıb ki, piylənmə ürək və insult xəstəliklərinin yaranmasının əsas səbəbidir. Artıq çəki ömür müddətini 5 il qısaldır.

Diabetin profilaktikasını aparmaq. Diabetdən əziyyət çəkən adamlarda təzyiq, damar, ürək, qan dövranı sistemi ilə bağlı problemlər ehtimalı artır. Piylənməyə yol vermək olmaz, çünki bu xəstəliyin həlledici inkişaf amillərindən biri məhz piylənmədir.

Siqaretçəkmədən imtina etmək. Siqaretçəkmə qlobal miqyasda ölüm amillərinin əhəmiyyət dərəcəsinə görə hipertoniyadan sonra ikincidir. Siqaretçəkmə təkcə bilavasitə tənəffüs sistemi və ağciyər xərçəngi xəstəliklərinə meyilli olan siqaret çəkənləri deyil, həm də siqaret çəkənlərin çevrəsində olan və passiv siqaretçəkmədən əziyyət çəkən insanları öldürür. Klayd Yansi bildirir ki, siqaret çəkən bu zərərli vərdişdən yaxa qurtarandan 15 il sonra onun üçün vaxtsız ölüm riski siqaret çəkməyən insanın ölüm riskinə bərabər olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR