Dərc edildi: Baxış sayı: 534
Onun çıxışı ətrafında müzakirələr başlanılacaq
Onun çıxışı ətrafında müzakirələr başlanılacaq.
Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti-dördüncü plenar iclasının vaxtı məlum olub.
MM-dən əldə edilən məlumata görə, növbəti iclas martın 5-də keçiriləcək.
Qeyd edək ki, iclasda ilkin olaraq 30-a yaxın məsələnin müzakirəsi gözlənilir ki, onlardan da biri Ombudsmanın növbəti illik hesabatıdır.
Hesabatla Ombudsman Elmira Süleymanova çıxış edəcək və onun çıxışı ətrafında müzakirələr başlanılacaq.
Mart ayında sonuncu iclas isə ayın 15-də keçiriləcək və iclasda hökumətin son bir illik hesabatı dinləniləcək, ona münasibət bildiriləcək.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət