Slimfit
  1. CƏMİYYƏT

Ombudsman: 'Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır'

Ombudsman: 'Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır'
Sakura

Ombudsman: 'Bir sıra xəstəliklərin müalicəsinə ayrılan vəsait artırılmalıdır'

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ağır ürək və böyrək çatışmazlığı, ağır dərəcəli eşitmə azlığı olan uşaqların dövlət vəsaiti hesabına əməliyyat olunması, şəkərli diabet üçün preparatlara, ruhi xəstələrin qidalanmasına ayrılan büdcə xərclərinin dəfələrlə artırılmasını təklif edib.

"Report"un məlumatına görə, Ombudsman bu barədə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində Qubada keçirilən tədbirdə fikir səsləndirib.

O, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş çoxsaylı təkliflərinin nəticəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsini bildirib.

E.Süleymanova həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun qəbul olunması, habelə əlilliyi olan şəxslər üçün müyəssər şəraitə malik infrastrukturun qurulmasını vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR