Slimfit
  1. MARAQLI

Ölümdən başqa hər şeyə çarə olan Hil çayı

Ölümdən başqa hər şeyə çarə olan Hil çayı
Sakura

Ölümdən başqa hər şeyə çarə olan Hil çayı

Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz.

Bu tövsiyəni tanınmış həkim fitoterapevt Fizuli Hüseynov verir. Tibb.fins.az sizi həkimin hil haqqında olan maraqlı yazısı ilə tanış edir.   

Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır.

Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir.

Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçün də çox faydalıdır.

Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil, 5 ədəd mixək, təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için.

Hil həm də əsəb sakitləşdirici bir çaydır. Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur.

Əgər əsəb gərginliyiniz varsa, bu çayı gündə 3 dəfə içə bilərsiniz. Çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır.

Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir.

Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol-bol hil çayı için.

Ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir.

Xatırladım ki, hil qarışıqlı qəhvə çox xoş qoxulu olur və fərqli bir dadı olur. Qəhvəni belə hazırlaya bilərsiniz: əvvəlcə hil qəhvə üyüdəndə üyüdülürƏ sonra 1/3 nisbətində (yəni 3 hissə qəhvə 1 hissə hil tozu)  bir-birinə qarışdırılır. Bu qarışımla qəhvə hazırlanılır və içilir.

Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR