Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölümcül virusun Azərbaycan üçün təhdidləri nədir?

Ölümcül virusun Azərbaycan üçün təhdidləri nədir?
Sakura

Ölümcül virusun Azərbaycan üçün təhdidləri nədir?

"Çində yayılan koronavirus Azərbaycanı da təhdid edir. Söhbət virusun (2019-nCoV) ölkəmizə sıçraması ehtimalından yox (bu risk də var), enerji bazarını “vurmasından” gedir".

Redaktor.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, yanvarın 22-də 11 milyon əhalisi olan Vuhan şəhəri karantin zonası elan edildikdən bəri Brent nefti 4 dollardan çox ucuzlaşıb.

"Çin hökuməti ümumilikdə 46 milyon əhalinin yaşadığı 16 şəhərin ətraf aləmlə əlaqəsini kəsib. Bu cür radikal tədbir belə fikirlərə əsas yaradıb ki, real vəziyyət əslində daha pisdir. Artıq Çin ordusu hərbi həkimləri səfərbər edərək virusun baş qaldırdığı Hubei əyalətinə göndərib. Rəsmi məlumata görə, indiyədək ölənlərin sayı 26 nəfər, virusa yoluxanların sayı isə 900-ə yaxındır.

Virusla neftin qiyməti arasındakı əlaqə budur ki, insanların sərbəst hərəkəti, səyahəti, gediş-gəlişi məhdudlaşır. Nəticədə aviabenzin başda olmaqla, yanacağa tələbat azalır. (Çinin gündəlik neft idxalı 9 milyon barel təşkil edir.) Təsadüfi deyil ki, Çinin bəzi hava limanlarının və aviaşirkətlərinin səhmləri ucuzlaşmaqdadır. Səyahət edənlərin azalması turizmə də zərbə vurur, bu isə öz növbəsində ticarətə mənfi təsir göstərir və bütövlükdə iqtisadiyyat zərər çəkir.

Bir sözlə, 2019-cu ili son 30 ilin ən aşağı rəqəmi olan 6,1%-lik artım tempi ilə başa vuran Çin iqtisadiyyatı üçün koronavirus yaxşı xəbər deyil.

Şübhəsiz ki, virus qısamüddətli problemdir və qarşısı alınacaq. Amma Çin və ümumilikdə dünya iqtisadiyyatında artım tempinin yavaşlaması fundamental problemdir. Bu, o deməkdir ki, yanacağa tələbat daha az artacaq. Digər fundamental faktor ABŞ-da hasilatın "fontan vurmağa" davam etməsidir".

Qeyed edək ki, 2003-cü ilin birinci yarısı Çində yayılan atipik pnevmoniya epidemiyası (SARS) nəticəsində neftin qiyməti 34 dollardan 23 dollara qədər geriləmişdi.

Redaktor.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR