Slimfit
  1. CƏMİYYƏT

Ölüm saçan çay

Ölüm saçan çay
Sakura

Ölüm saçan çay

Xanagah kəndi Quba rayonundakı  qədim yaşayış məntəqələrindəndir. Kəndinin mərkəzindən Çağaçığ çayı keçir ki,bu da kəndi iki hissəyə bölür.Kənd sakinləri deyir ki,indi sakit görünən bu çay bol sulu vaxtında sellərə səbəb olur.Elə bu səbəbdən sel suları onlar üçün təhlükə saçır.Hətta belə hallar  bir neçə dəfə insanların ölümü ilə nəticələnib.

Faciəvi hadisələrdən biri də Əlibabayevlər ailəsinin başına gəlib.İllər öncə onların iki azyaşlı övladı sel sularının qurbanı olub.

Son bir hadisə zamanı isə  az qala bir azyaşlının həyatına son qoyulacaqdı .Çox şükür ki,kəndin yaşlı müəllimi özünü tez bir zamanda yetirərək suya düşən uşağı xilas edə bilib.

Artıq kənd sakinlərinin kabusuna çevrilən nə bu çay onlar üçün təhlükəli sayılmır.Dövlət başıçına olunan bir  müraciət əsasında kəndin sözügedən ərazisində yeni körpü tikilərək sakinlərin ixtiyarına verilib.Körüpünün istifadəyə verilməsində sel sularının qurban olan 2 azyaşlının atası çıxış edərək  ölkə rəhbərliyinə minnətdarlığını bildirib.O  bu çayın sakinlər üçün daha heç bir təhlükə yarada bilməyəcəyini deyib.

Qeyd edək ki, Xanagah kəndi rayon mərkəzindən 26 km aralıda yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR