Slimfit
  1. AZƏRBAYCAN

Ölüm haqqında şəhadətnamələrin elektron qaydada əldə olunması müzakirə olunur

Ölüm haqqında şəhadətnamələrin elektron qaydada əldə olunması müzakirə olunur
Sakura

Ölüm haqqında şəhadətnamələrin elektron qaydada əldə olunması müzakirə olunur

“2010-cu ildən etibarən uşaqların doğulması barədə Səhiyyə Nazirliyindən Ədliyyə Nazirliyinin informasiya sisteminə məlumatlar daxil olur. Həmin məlumatlar əsasında uşaqların doğulmasının məcburiliyi barədə ananın yaşayış yeri üzrə bildiriş göndərilir və valideynlər qeydiyyat şöbələrinə müraciət edərkən onların uşaqlarının doğumu dərhal qeydə alınır. Onlar uşaqlarının ilk sənədini – doğum haqqında şəhadətnaməsini alırlar”. 

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib. Onun sözlərinə görə, xüsusi karantin rejimi dövründə bu iş daha da genişləndirilib və əhalinin təbii hərəkətinin müəyyən edilməsi üçün ölən şəxslər barəsində məlumatlar artıq Səhiyyə Nazirliyindən informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyi tərəfindən əldə olunur: “Daha sonra bu məlumatlar qeydiyyat şöbələrinə ötürülür və dərhal həmin gün qeydiyyat şöbələri tərəfindən ölümün avtomatlaşdırılmış qaydada qeydiyyatı aparılır. Doğumun və ölümün avtomatlaşdırılmış qaydada aparılması həm Dövlət Statistika Komitəsi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində müxətlif şəxslərlə bağlı məlumatların onlayn əldə edilməsinə çox böyük köməklik göstərir. Ölüm haqqında şəhadətnamələrin gələcək zamanlarda elektron qaydada əldə olunması üçün layihə hazırlanır. Ümid edirəm ki, bu layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət əhalinin bu xidmətdən daha səmərəli istifadə etməsinə şərait yaradacaq”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR