Slimfit
  1. AZƏRBAYCAN

Ölkəyə ekstradisiya edilən şəxslər xərclərini özləri ödəyəcək

Ölkəyə ekstradisiya edilən şəxslər xərclərini özləri ödəyəcək
Sakura

Ölkəyə ekstradisiya edilən şəxslər xərclərini özləri ödəyəcək

Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri dövlət deyil, həmin şəxsin özü ödəyəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Belə ki, maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR