Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölkəmizdə ilk dəfə həyata keçirilən ürək əməliyyatı

Ölkəmizdə ilk dəfə həyata keçirilən ürək əməliyyatı
Sakura

Ölkəmizdə ilk dəfə həyata keçirilən ürək əməliyyatı

Baku Medical Plaza-da daha bir ilkə imza atılıb. 

Minval.info xəbər verir ki, klinikanın Kardiologiya şöbəsinin müdiri – T.e.n. Dr. Üzeyir Rəhimov ilkə imza atılan əməliyyatla bağlı bunları deyib:

“Qapaqlardakı problemlər əksər hallarda açıq əməliyyatla düzəldilir. Son tibbi nailiyyətlər sonrasında dünyada olduğu kimi ölkəmizdə də insan ömrü uzandı. Təbii ki, insan ömrünün uzanması ilə bərabər yaşlılığa bağlı problemlər də gətirdi. Bunlardan biri də yaşa bağlı qapaq xəstəlikləridir. Xüsusilə yaşlı insanlarda sol mədəciklə ürəkdən çıxan və qanı bütün orqanlara paylayan aorta arasındakı aorta qapaqlarıdır. Bu cür yaşlı insanların həm ümumi vəziyyət, həm yanaşı xəstəlikləri, həm də daha əvvəllər döş qəfəsi əməliyyatı olunduğu üçün açıq ürək əməliyyatı çox riskli olur. Avropa bu problemi həll etmək üçün 10 ildən artıq müddətdir ki qapalı yolla, yəni ayaqdakı damardan girərək biyoprotez adlanan qapaqlar yerləşdirir (TAVİ əməliyyatı). Bu əməliyyat artıq bir neçə ildir ki ölkəmizdə də uğurla icra olunur”.

Ü.Rəhimov bildirib ki, qulaqcıqlarla mədəciklər arasındakı qapaqlar ulaşılması daha mürəkkəb olan qapaqlar olduğu üçün bu cür müdaxilələr bu qapaqlarda daha çətindir: “Son illərdə dünyada bu qapaqlara da əməliyyatsız yolla bu qapaqların dəyişməsi əməliyyatı başlayıb. Əməliyyatın mürəkkəb olma səbəbi odur ki, bu qapaqlara bir başa yetişmək mümkün deyil. Ya ayaqdakı venadan girilib qulaqcıqlarası çəpərdən açılan deşik vasitəsiylə  (şəkil A) da sol mədəcik zirvəsi kiçik cərrahi yolla deşilərək sol mədəciyə oradan da sol qulaqcığa keçilərək (şəkil B) icra edilir. Daha mürəkkəb olduğu üçün istifadəsi dünyada daha yeni vüsət alır.

Bizim pasientimiz 82 yaşında və 7 il əvvəl açıq ürək əməliyyatı olmasına baxmayaraq dəyişilən qapağında çox ciddi daralma yaranıb. Yanaşı ağır xəstəlikləri, ümumi vəziyyət düşkünlüyü və təkrari açıq əməliyyatın çox riskli olması səbəbilə xəstəmizə invaziv yolla, ürək dayandırılmadan qapaq yerləşdirilməsi əməliyyatına qərar verdik. Pasientimizin sol qulaqcığında tromb olması səbəbilə vena yolu ilə əməliyyat icra edilə bilmirdi. Bu səbəbdən daha mürəkkəb olan sol mədəcik zirvəsindən ürək deşilərək qapaq əməliyyatı icra edildi.

Əməliyyat 1.5  saat müddətində bitdi. Xəstəmizin ürək çatışmazlığı şikayətləri sürətlicə düzəldi. Dünyada da az icra edilən bu əməliyyat (perkutan mitral valve in valve) ölkəmizdə ilk idi.

Aort qapaq əməliyyatları kimi digər qapaq əməliyyatlarını artıq ölkəmizdə də aparmaq mümkün olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR