Dərc edildi: Baxış sayı: 449
Ölkəmiz “Florida keys” yarışında təmsil olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci “Florida keys” beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.
Müsabiqədə C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin vokal ixtisası üzrə X sinif şagirdi Məmmədov Məhəmməd Rəşad oğlu və “Renesans” xoru öz nominasiyaları üzrə birinci yerə layiq görülüblər. Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və qala-konsert noyabrın 17-də “Carnegie Hall”da baş tutub. Qala konsertdə bu möhtəşəm səhnədə M.Məmmədov Azərbaycanı layiqincə təmsil edib. Qaliblərə pul mükafatları, Azərbaycan kəlağayıları və milli suvenirlər hədiyyə edilib, müsabiqənin laureatları isə Vyana şəhərində ustad dərslərində və “Mozart’s House”da konsertdə iştirak etmək imkanı əldə ediblər.
Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə keçirilib.
Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Qeyd edək ki, müsabiqəyə bu ilin əvvəlində start verilib, musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 5-23 yaş arası iştirakçılar forte-piano və simli alətlər, 5-32 yaş arası iştirakçılar isə ansambl və vokal nominasiyaları üzrə yarışıblar.
Mənbə: Azvision.az

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət