Slimfit
  1. MƏDƏNİYYƏT

Ölkəmiz beynəlxalq yumor çempionatında iştirak edir

Ölkəmiz beynəlxalq yumor çempionatında iştirak edir
Sakura

Ölkəmiz beynəlxalq yumor çempionatında iştirak edir

Ukraynanın Odessa şəhərində beşinci “Лiга Смiху 2019” yumor çempionatı keçirilir. Fevralın 4-dək davam edəcək çempionatda ölkəmiz “Как по Маслу” komandası ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, çempionatda ölkəmizlə yanaşı, Belarus, Qazaxıstan, Moldova, Rusiya, İsrail, Estoniya və digər ölkələrin tanınmış komandaları yer alıb. Birinci turun nəticələrinə görə festivalda iştirak edən 213 komanda arasından ikinci tura 58 komanda vəsiqə qazanıb ki, onların arasında Bakının “Как по Маслу” komandası da var.

Bu gün keçirilmiş ikinci turun nəticələrinə əsasən, 21 qalib komanda seçilərək fevralın 2-də keçirilən qala konsertdə iştirak edəcək. Qala konsert Ukraynanın ən reytinqli “1+1” televiziya kanalı vasitəsilə yayımlanacaq. Qaliblərin arasında ölkəmizi təmsil edən komandanın da adı var. Şounun aparıcısı Ukraynanın tanınmış şoumeni Vladimir Zelenskidir.

Qeyd edək ki, ölkəmiz bu çempionatda ilk dəfə iştirak edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR