Slimfit
  1. CƏMİYYƏT

Ölkədən çıxışınıza STOP qoyulduğunu belə öyrənə bilərsiz

Ölkədən çıxışınıza STOP qoyulduğunu belə öyrənə bilərsiz
Sakura

Ölkədən çıxışınıza STOP qoyulduğunu belə öyrənə bilərsiz

Bəzən olur ki, kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub. İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?

Qafqazinfo” xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu suala cavab olaraq bildirib ki, vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı hazırda yalnız iki qurumdan və ödənilməyən borclarla bağlı qabaqcadan onlayn formada öyrənmək olar:

“Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.
Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək isə indiki halda mümkün deyil.

Bəs myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? Əlbəttə mümkündür. Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.

Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər:

1.Ədliyyə Nazirliyi 
2.DİN
3.FHN
4.Vergilər Nazirliyi
5.Baş Prokurorluq
6.DSX
7.DTX
8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9.DGK
DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir. 

Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.

DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.

Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər. 

Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır. Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.

myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.

Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.

Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR