Slimfit
  1. İQTİSADİYYAT

Ölkədə müavinətlərin nə qədər artacağı BİLİNDİ

Ölkədə müavinətlərin nə qədər artacağı BİLİNDİ
Sakura

Ölkədə müavinətlərin nə qədər artacağı BİLİNDİ

Bütün müavinət növləri üzrə xərclərdə nəzərəçarpacaq artımın proqnozlaşdırılması növbəti ildə məcburi dövlət sosial sığorta haqqının (MDSSH) hesabına müavinətlər üzrə nəzərdə tutulmuş xərclərin artım tempinin Fondun cəmi xərclərinin və əmək pensiyalarının ödənilməsi ilə bağlı xərclərin artım templərindən müvafiq olaraq 22,8 faiz bəndi və 23,5 faiz bəndi çox nəzərdə tutulması ilə nəticələnib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəyində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, növbəti ildə MDSHH hesabına müavinətlər (bundan sonra - müavinət) üzrə xərclərin 182 milyon manat olacağı proqnozlaşdırılır. Bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 68,7 milyon manat (60,6 faiz), cari ilin gözlənilən icrasından isə 39,1 milyon manat (27,4 faiz) çoxdur.

Cari ilin sonuna müavinətlərin maliyyələşdirilməsi üzrə ümumilikdə 142,9 milyon manat vəsaitin xərc ediləcəyi nəzərdə tutulub. Bu da il üzrə təsdiq edilmiş proqnoz göstəricisini 18,2 milyon manat və ya 14,6 faiz üstələyəcəyi deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR