Slimfit
  1. İQTİSADİYYAT

Ölkədə dizel yanacağının istehsalı artıb

Ölkədə dizel yanacağının istehsalı artıb
Sakura

Ölkədə dizel yanacağının istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 milyon 169 min ton dizel yanacağı, 698,1 min ton avtomobil benzini, 134,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 348,9 min ton ağ neft, 138,8 min ton yanacaq mazutu, 47,1 min ton sürtkü yağları, 164,2 min ton neft bitumu və 151,7 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yeddi ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 845,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 1,6 faiz çoxalıb.

Hesabat dövründə neft məhsullarından ağ neftin istehsalı 1,4 faiz, avtomobil benzininin istehsalı 4,4 faiz, yanacaq mazutunun istehsalı 43,1 faiz azalıb. Dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR