Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Ölkə daxilində ikili diplom proqramları tətbiq olunmalıdır”

“Ölkə daxilində ikili diplom proqramları tətbiq olunmalıdır”
Sakura

“Ölkə daxilində ikili diplom proqramları tətbiq olunmalıdır” –Prorektordan vacib təkliflər

“Türkiyənin ən məşhur ali məktəbi olan Boğaziçi Universitetində tələbə Riyaziyyat ixtisasında təhsil alırsa, fərq dərslərinə girərək iqtisad yönümlü diplom da ala bilər.Bu, bütün qabaqcıl universitetlərdə tətbiq olunur.Azərbaycanda fəaliyyət göstərən universitetlər də əməkdaşlıq müqavilələri imzalayaraq həmin istiqamətdə addımlar ata bilərlər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov deyib. Onun sözlərinə görə,ikili diplom bütün dünyada, əsasən, ölkə xaricindəki universitetlərlə nəzərdə tutulub:

“Dünyada tələbə fərq dərslərinə daxil olaraq, ölkə daxilində ikili ixtisas diplomuna yiyələnə bilir.Məsələn, Türkiyənin ən məşhur ali məktəbi olan Boğaziçi Universitetində tələbə Riyaziyyat ixtisası üzrə təhsil alırsa, istədiyi təqdirdə fərq dərslərinə girərək iqtisad yönümlü diplom da ala bilir.Bu bütün qabaqcıl universitetlərdə tətbiq olunur.Kredit sistemi tələbələrə ölkə daxilində və xaricində mobillik fürsəti verir.Tələbələr bir semestr xaricdə oxuduqları və keçdikləri dərsin kreditini məzun olmaq üçün transkriplərinə daxil edə bilirlər.Təhsil qanunumuzda həm mobillik, həm də ikili diplom yer alır.Digər addım universitetlərimiz tərəfindən atılmalıdır.Əməkdaşlıq müqavilələri imzalanaraq sözügedən istiqamətdə işlər görülə bilər”.

Elçin Süleymanov hesab edir ki, xaricdəki universitetdən ikili diplom çərçivəsində alınan təhsil sənədi tələbə üçün üstünlükdür:

“Bu, ölkə daxilində  “Sabah” qrupu layihəsi çərçivəsində fərqli bir metodla tətbiq edilir.Universitetlərimizdə laboratoriya və digər imkanlardan ortaq istifadə imkanlarının yaradılmasını tövsiyə edərdim. Ali məktəblərin texniki imkanlarından digər tələbə və müəllimlər də mübadilə proqramı çərçivəsində istifadə edə bilsələr, bu çox faydalı addım hesab olunardı.

Türkiyədə universitetin müəllim heyətini gücləndirmək üçün sifarişli mübadilələr həyata keçirilir.Bölgə universitetinin maddi-texniki bazası və kadr potensialı yaxşı deyilsə, həmin ali məktəb qabaqcıl  universitetlə müqavilə imzalayaraq “PhD” proqramına xüsusi plan yeri alır və öz müəllimlərini bura göndərir.Düşünürəm ki, bizdə də bu cür spesifik məqsədli mobillik ola bilər.Bu iki universitet arasında müqavilə ilə tənzimlənməlidir.Hazırda universitetlərdə yay məktəbində bənzəri əməkdaşlıqlar var.Bir universitetdə yay məktəbində dərs açılmayıbsa, tələbələr o dərsi başqa  ali məktəbdə alıb, öz universitetlərində qəbul etdirə bilirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR