Slimfit
  1. İDMAN

Olimpiya oyunlarında sürpriz: Yeni kateqoriya açıldı

Olimpiya oyunlarında sürpriz: Yeni kateqoriya açıldı
Sakura

Xüsusilə gənclər tərəfindən sevilən və maraqla qarşılanan brekdans idman kateqoriyası kimi qəbul edilib

Xüsusilə gənclər tərəfindən sevilən və maraqla qarşılanan brekdans idman kateqoriyası kimi qəbul edilib.

Publika.az xəbər verir ki, brekdans hətta 2024-cü ildə Parisdə keçiriləcək olimpiya oyunlarına da daxil olunub.

Bu barədə Paris Olimpiya Təşkilatı Komitəsi informasiya verib.

Bundan başqa, 2020 Tokio Olimpiya Oyunlarının proqramına daxil edilən dırmanma, sörfinq və skeytbord da 2024-cü ildəki oyun proqramına salınacaq.

2024 Paris Olimpiya Təşkilatı Komitəsinin sədri Toni Estanqut sözügedən idman növlərinin proqrama salınmasının olimpiya oyunlarını daha sənətsəl və şəhərvari edəcəyini bildirib.

Qeyd edək ki, brekdans 2018-ci ildə Argentinada keçirilən Gənclik Olimpiyadalarına da salınmışdı. Bu kateqoriya üzrə kişilərdə Rusiyadan Sergey Çernışev, qadınlarda isə Yaponiyadan Ramu Kavai birinci olmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR