Slimfit
  1. İDMAN

Olimpiya çempionumuz Qran-Pri finalında mübarizəyə başlayır

Olimpiya çempionumuz Qran-Pri finalında mübarizəyə başlayır
Sakura

Olimpiya çempionumuz Qran-Pri finalında mübarizəyə başlayır

Bu gün və sabah BƏƏ-nin Fuceyrə şəhərində 2018-ci ilin taekvondo üzrə Qran-Pri finalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu yarışa 39 ölkədən dünyanın ən güclü 127 taekvondoçusu dəvət alıb.

Yarış dörd kişi və dörd qadın Olimpiya çəkilərində keçiriləcək. Hər çəkidə dünyanın 16 ən güclü taekvondoçusu mübarizə aparacaq. 

Daha əvvəl bu yarışa dəvət alanlar arasında millimizin iki üzvünün də olduğunu xəbər vermişdik. Bunlar bu il dörd Qran-Pridə qüvvəsini sınamış rusiyalı legionerimiz Radik İsayev (+80 kq) və iranlı Milad Beiqi Hərçəqanidir (-80 kq). Olimpiya çempionumuz İsayev və Hərçəqani dünya reytinqində III sıradadır. 

Bu yarışda yüksək yeri tutan idmançı digər Qran-Prilərdən fərqli olaraq, Tokio Olimpiadasına 80 lisenziya balı qazanacaq.

Noyabrın 24-25-də isə həmin şəhərdə komandalar arasında Dünya Kuboku yarışı keçiriləcək. Kişilərin yarışında səkkiz komanda mübarizə aparacaq ki, bunların arasında Azərbaycan da var. Kişi komandamızın əsas heyətində Həşim Məhəmmədov (-58 kq), Məhəmməd Məmmədov(-68 kq), Milad Beiqi Hərçəqani (-80 kq) və Radik İsayev (+87 kq) yer alacaq.

Altı komandanın mübarizə aparacağı qadınların komanda yarışında, eləcə də qız və oğlanlardan ibarət qarışıq komanda yarışında təmsil olunmayacağıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR