Slimfit
  1. CƏMİYYƏT

Oğluna toy etmək istəyən ata həbs edildi - Qonaqlar cərimələndi

Oğluna toy etmək istəyən ata həbs edildi - Qonaqlar cərimələndi
Sakura

Oğluna toy etmək istəyən ata həbs edildi - Qonaqlar cərimələndi

Şəmkir rayonunda kiçik toy etmək istəyən şəxs saxlanılıb. 

Ens.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, iyunun 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib. Həmin vaxt vətəndaşa Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.

 Lakin buna baxmayaraq vətəndaş Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırıb, oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib. 

Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə  İnzibati Xətalar Məcəlləsinin 211-ci  (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci(Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 





 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR