Dərc edildi: Baxış sayı: 546
Ofis işçiləri üçün təhlükə: Sizi belə gələcək gözləyir
İnsan davranışlarının araşdırılması və əməyin mühafizəsi üzrə beynəlxalq şirkət futurist Uilyam Xayemin rəhbərliyin altında Fransa, Almaniya, Böyük Britaniyada ofis işçiləri arasında sorğu keçirib. Onların əsasən hansı xəstəliklərdən şikayətlənmələri barədə məlumat toplayıb.
Araşdırmalar nəticəsində ofis işçilərinin əsasən miqren, çiyin və göz ağırıları, ayaq şişmələri, görmənin zəifləməsi, çəki artımı kimi xəstəliklərdən əziyyət çəkdiyi məlum olub. Toplanmış məlumat əsasında Emma adı verilmiş robot yaradılıb. Bu robot 20 il ofis şəraitində işləyən insanların gələcəkdə hansı bədən formasını alacağını göstərir. Qorxunc Emma dünyada məşhuraşıb.
Onun çiyni qozbel, gözləri qırmızı ayaqları isə fil ayağ kimidir. Şirkət iş şəraitini dəyişdirməyən ofis işçilərini belə gələcəyin gözlədiyini bəyan edib. İnsanlara daha hərəkətli yaşam tərzi, təmiz havada gəzmək, 30 dəqiqən bir gimnastika etmək, erqonomik mebeldən istifadə tövsiyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət