Ödündə daş olanlara xəbərdarlıq: vaxtında əməliyyat olunmasanız...
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi çox geniş yayılıb. Bəs görəsən öd daşının yaranma səbəbləri hansılardır? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Tibb üzrə fəlsəfə doktoru, həkim Mircəlal Kazıminin bu haqda fikirlərini diqqətinizə çatdırırıq.
Həkim deyir ki, öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Onun sözlərinə görə, öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv-laparoskopik, ya da açıq üsulla icra olunur: "Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90 faizi laparoskopik üsulla yerinə yetirilir. Laparoskopik öd kisəsi əməliyyatı olan xəstələr əməliyyatdan 4-5 saat sonra yataqdan qalxıb gəzə, qida qəbul edə bilər, ciddi şəkildə dərman ehtiyacı duymazlar. Eyni zamanda uyğun xəstələr əməliyyat günü axşamı rahatlıqla evə yazıla bilirlər".
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət