Slimfit
  1. CƏMİYYƏT

Ödənişli kitabxana xidmətləri ilə bağlı MEK-in açıqlaması

Ödənişli kitabxana xidmətləri ilə bağlı MEK-in açıqlaması
Sakura

Ödənişli kitabxana xidmətləri ilə bağlı MEK-in açıqlaması

Son günlərdə sosial şəbəkələrdə və mediada ödənişli kitabxana xidmətləri ilə bağlı AMEA rəhbərliyi və MEK ünvanına səsləndirilən fikirlərə dair aşağıdakıları diqqətinizə çatdırmaq istərdik.
2015-ci ildən başlayaraq, MEK müasir kitabxana xidmətlərini AMEA əməkdaşları ilə yanaşı, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarına təqdim edir. 2017-ci ildən başlayaraq isə oxucuların xahişi əsasında
və AMEA rəhbərliyinin dəstəyi ilə MEK 09.00-22.00 saatlarında ikinövbəli xidmət göstərir.
Xidmətlər bütün AMEA əməkdaşları və magistrantlarına imtiyazlı, Qarabağ müharibəsi əlillərinə, 20 yanvar şəhidlərinin ailələrinə, müharibə veteranlarına, 70 yaşına çatmış və bir sıra başqa şəxslərə isə pulsuz göstərilir. Son üç il ərzində qanunvericilik çərçivəsində və şəffaflıq-hesabatlılıq prinsipləri gözlənilməklə, AMEA əməkdaşı və magistrantı olmayan şəxslərə dair yeni qiymət cədvəli tətbiq edilir.
Azərbaycan Respublikasının elm sahəsinin büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilmə mexanizminin olmasını və MEK-in 2020-ci il üçün müəyyən etdiyi kadr, texniki, proqram təchizatı ehtiyaclarını və fəaliyyət proqramını nəzərə alaraq, MEK-in əlavə xidmətlərindən 2020-ci maliyyə ili üçün
nəzərdə tutulmuş büdcədənkənar gəlirlər cədvəli yenilənmişdir. Çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.
Oxucuların istinad etdiyi “xaricdə pulsuz kitabxana xidməti” təbii ki pulsuz deyil, və hər bir halda müəyyən qurumlar tərəfindən ödənilir. Müxtəlif ixtisaslar üzrə mütəxəssis yetişdirən müəssisələr öz sahələr üzrə
müvafiq kitabxana xidmətləri təklif edə bilmədikləri halda, mütəxəssis kimi formalaşmasında maraqlı
olduqları şəxslərin başqa kitabxanalara abunə haqlarının ödənilməsini müzakirə edə bilərlər. Burada başqa mexanizm yoxdur – xidmət göstərilirsə müvafiq ödənişi olmalıdır. Yeri gəlmişkən, AMEA rəhbərliyi AMEA
magistrantlarının MEK abunə xidmətlərini öz üzərinə götürüb. Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxadan limitsiz istifadə etmək
hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox
aşağıdır. Belə ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir. Oxucular müzakirələr zamanı şəffaflığın olmaması məsələsini də səsləndirir. Qeyd edək ki, tətbiq edilən qiymətlər MEK saytında, sosial şəbəkə səhifələrində açıq şəkildə yerləşdirilir. “Oxucu kartı” oxucunun şəxsiyyət vəsiqəsi əsasında, oxucunun razılığı ilə hazırlanır, kart üçün ödənilən vəsait mədaxil orderində iki
nüsxədə əks olunur, orderin bir nüsxəsi oxucuya verilir, ikinci nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunur. Vəsaitin aidiyyatı üzrə xərclənməsinə Maliyyə Nazirliyinin 12 saylı Xəzinədarlıq İdarəsi tərəfindən nəzarət
edilir. Oxucunun şəxsi məlumatları əks olunmuş kart oxucuda saxlanılır. Oxucu kartdan istənilən vaxt müddəti məhdudlaşdırılmadan MEK-in iş vaxtı ərzində istifadə etmək hüququna malikdir.
MEK rəhbərliyi gənclərin təhsilə və peşə inkişafına doğru atdığı ciddi addımları yüksək qiymətləndirir, Azərbaycanın inkişaf yolunu yalnız bilik cəmiyyətindən keçdiyini başa düşür, oxucuların bu sahədə səsləndirdiyi ehtiyacların qarşılnması yollarını araşdırır və bununla bağlı bir çox prosedurların (təhlükəsizlik,
sənədləşdirmə, ödəniş və s.) yenilənməsi layihəsini hazırlayır.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR