Slimfit
Öd kisəsi
Sakura

Öd kisəsi

Öd kisəsiödlük — lat. vesica fella; yun. cholecystis insanda ödün toplandığı armud şəkilli kisə. Qaraciyərin sağ payının visseral səthində lat. fossa vesicae felleae üzərində yerləşmişdir; uzunluğu 8-12 sm, eni 3-5 sm və həcmi 40-60 sm³- dir. Öd kisəsi üç hissədən ibarətdir:

  1. dibi - lat. fundus vesicae falleae önə və aşağı baxır;
  2. cismi - lat. corpus vesicae felleae;
  3. boynu - lat. collum vesiceae felleae.

Ödlüyün yuxarı səthi birləşdirici toxuma vasitəsilə qaraciyərin ödlük çuxuruna bitişmişdir: bəzən seroz qişa ödlüyü hər tərəfdən əhatə edərək, onunüçün çöz əmələ gətirir. Boynu yavaş- yavaş nazikləşərək ödlük axacağına - lat. ductus cysticus keçir; bunun selikli qişasında spiral büküş - lat. plica spiralis (valvula spiralis Heisteri - BNA) adlanan büküş vardır. Ödlüyün və böyük öd axacaqlarının divarları seroz qişadan, serozaltı qatdan, saya əzələ liflərindən təşkil olunmuş əzələ qişasından və selikli qişadan əmələ gəlmişdir. selikli qişa silindirəbənzər epitel ilə örtülüdür və burada selik vəziləri - lat. glandulae mucosae biliosae və büküşlər - lat. plicae tunicae mucosae vardır.

Ödlük axacağı

Ödlük axacağı - lat. ductus cysticus 3-4 sm uzunluğundadır; ödlüyün boynundan başlayaraq, aşağı və sola gedir və qaraciyər onikibarmaq bağırsaq bağına çatdıqda ümumi qaraciyər axacağı ilə birləşir və ümumi öd axacağını əmələ gətirir. Ümumi qaraciyər axacağı - lat. ductus hepaticus communis (ductus hepaticus - BNA) qaraciyərin sağ və sol paylarından çıxan sağ və sol qaraciyər axacaqlarının - lat. ductus hepaticus dexter et sinister və quyruqlu paydan çıxan lat. ductus lobi caudati adlı axcağın birləşməsindən əmələ gəlmişdir; uzunluğu 4-6 sm-dir; lat. lig. hepatoduodenaledaxilində sağa və aşağı doğru gedərək, ödlük axacağı ilə birləşir.

Ümumi öd axacağı

Ümumi öd axacağı - lat. ductus choledochus ümumi qaraciyər axacağı ilə ödlük axacağının birləşməsindən əmələ gəlmişdir; uzunluğu 6-8 sm-dir; ödlükdən və qaraciyərdən ödü onikibarmaq bağırsağa aparır. bu axacaq xüsusi qaraciyər arteriyası və qapı venası ilə bərabər lat. lig. hepatoduodenale daxilində yerləşmişdir; onikibarmaq bağırsağın enən hissəsinin arxa səthi ilə aşağı doğru gedərək, sol tərəfdən mədəaltı vəzi ilə əhatə olunmuşdur. Burada pankreas axacağı ilə bərabər onikibarmaq bağırsağın selikli qişasını çəp istiqamətdə dəlir və lat. pilca longitundinalis duodeniüzərində olan məməcikdən onikibarmaq bağırsağa açılır; ancaq bağırsağa açılmamışdan qabaq pankreas axacağını qəbul edir. Ümumi öd axacağının bağırsağa açılan hissəsi lat. m. sphincter ductus choledochi adlı büzücü əzələ ilə əhatə olunmuşdur.

Topoqrafiyası

Ödlük ya öd kisəsi qarınüstü nahiyədə yerləşmişdir, dibi qarının sağ düz əzələsi ilə VIII və IX qabırğa qığırdaqlarının arasında əmələ gələn bucağa uyğundur. öd kisəsinin yuxarı səthi qaraciyərin sağ payının visseral səthinə bitişir, dibi çənbər bağırsağın sağ əyriliyinə və onikibarmaq bağırsağın yuxarı hissəsinə söykənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR