Slimfit
  1. AZƏRBAYCAN

"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"

"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"
Sakura

"O, Paşinyanın Ermənistanda başlatdığı üsyana Xankəndində dəstək verənlərdən idi"

Erməninin nə mal olduğunu hamıdan yaxşı bilirsiniz. İt itin ayağın basmaz deyirlər, bu məsəli Saakyanla Paşinyana da aid etmək olarmı? Sizcə onlar dil tapa biləcəkmi, yoxsa Paşinyan Saakyanın dilini kəsməyi bacaracaq?
 
Elə Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı da Moderator.az-a açıqlamasında Paşinyan-Saakyan qarşıdurmasının nə ilə nəticələnə biləcətyi ehtimalını dəyərləndirib:
 
"Qarabağ separatçılarının lideri olan Bako Saakyan şübhəsiz keçmiş hakimiyyətə, onlar da Moskvaya sıx bağlı adamlar idilər. Paşinyan özü də yavaş - yavaş Rusiyanın adamına çevrilməkdədir. Ermənilər Rusiyanın nəzarətindən çıxmağın onlara necə baha başa gələcəyini anlayırlar və anti Rusiya ovqatının oluşmasına imkan verilməyəcək. İndi Paşinyan seçkilərlə hakimiyyətini bərkidəndən sonra həm Ermənistanda, həm də Qarabağda təmizləmə aparacaq. Bako Saakyanın İrəvana gedişi də bununla əlaqədardır. Ondan, ehtimal ki, hakimiyyəti təhvil verməsi istənilib. Yaxında siyahı ilə burada, yəni Xankəndidə keçmiş hakimiyyətin adamları vəzifələrdən uzaqlaşdırılacaq. Yaxın günlərdə keçmiş "baş nazir" Arayik Harutyunyanın bu görəvə gətirilməsi gözlənilir. Paşinyanın Ermənistanda başlatdığı üsyana o Xankəndində dəstək verənlərdən idi.  Burada Moskvanın rəyi də əsas olacaq. Kreml artıq Paşinyan faktorunu qəbul edir və onunla "işləmək" üçün vasitələri işə salıb. Ötən gün Gümrüdə bir qadının rus əsgəri tərəfindən öldürülməsi daxili reaksiyanın yoxlaması oldu. Demək Rusiyaya, onun Ermənistanda varlığına qarşı ciddi təpki yoxdur. Ermənilər də Rusya siyasətində manevr etməyi bacarırlar. Bako Saakyan bu yolda özünü qurban verməklə erməni millətinin məlum ideolojisinə dəstək verəcək. Onlar hər necə olur - olsun Dağlıq Qarabağla bağlı  danışıqlarında Azərbaycanın üstünlük əldə etməsinə imkan vermək istəmirlər. Ermənistanda sərgilənən demokratiya görüntüsü də, Dağlıq Qarabağda olası siyasi proseslər də hamısı buna hesablanır".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR