Slimfit
  1. DÜNYA

Nyu-Yorkun adı dəyişdirildi

Nyu-Yorkun adı dəyişdirildi
Sakura

Nyu-Yorkun adı dəyişdirildi

ABŞ-ın Nyu-York şəhərinin adı “Snapçat”, ”Siti Bayk”, “Strit İzi” kimi məşhur proqramlardakı xəritələrdə “Yevtropolis” (yəhudi şəhəri) olaraq dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Sözügedən proqramlar üçün xəritə hazırlayan “Mapboks” şirkətinin rəhbəri Erik Qundersen verdiyi açıqlamada bu “dəyişikliyi yanlışlığın ən çirkin növü” olduğunu deyib.

Onun sözlərinə görə, proqramlarda gündə bir neçə dəfə dəyişiklik edilir və bu dəyişikliklərdən birində kimsə Nyu-Yorku “Yevtropolis” kimi təqdim edib. Yanlışlıq bir neçə saatdan sonra düzəldilib.

Şəhərin adının dəyişdirildiyini görən bir neçə internet istifadəçisi bu məlumatı sosial şəbəkələrdə paylaşaraq tənqid edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR