Slimfit
  1. TEXNOLOGİYA

Nvidia şirkəti ARM Holdings-i 40 milyard dollara alır

Nvidia şirkəti ARM Holdings-i 40 milyard dollara alır
Sakura

Nvidia şirkəti ARM Holdings-i 40 milyard dollara alır

Hələ yay fəslində Nvidia şirkəti bildirmişdi ki, o, Britaniyanın ARM Holdings şirkətini almağı planlaşdırır. İndi isə bu məlumat rəsmi olaraq təsdiqlənib. Bununla yanaşı iki şirkət arasında bağlanacaq müqavilənin təfərrüatları da ortaya çıxıb. ARM Holdings-in alınması öz növbəsində Nvidia şirkətinə mobil prosessor bazarında güclü mövqelərə sahib olmağa imkan verəcək. Bu barədə The Verge saytı xəbər verib. 2016-cı ildən başlayaraq ARM Holdings şirkəti Yaponiyanın Softbank holdinqinə məxsusdur.

Həmin vaxtda ARM Holdings-in bazar dəyəri 31 milyard dollar təşkil edirdi. Cortex nüvələrinin yaradıcısı olan ARM Holdings-i almaqla Nvidia şirkəti əvvəlki məqsədini reallaşdıra biləcək. Söhbət, mobil prosessorların irimiqyaslı istehsalından gedir. Baxmayaraq ki, Nvidia şirkəti özünün Tegra adı mobil prosessorlarına artıq sahibdir, şirkət bazarda CPU-nun dizaynı üzrə lider mövqelərə sahib deyil.

"ARM Holdings-in əldə olunmasından sonra əsas məqsəd Nvidia texnologiyalarını ARM-in geniş şəbəkəsi vastəsilə inkişaf etdirməkdir. Lakin bu o demək deyil ki, ARM mövcud olan lisenziyalaşdırma modelində dəyişiklik edəcək. Nvidia külli miqdarda vəsait sərf edir və müştərilərin çıxıb getmələrinə şərait yarada biləcək heç bir şey etməz" - deyə Nvidia-nın general direktoru bildirib.

Nvidia qeyd edib ki, ARM Holdings şirkətin ayrıca şöbəsi qismində çıxış edəcək və onun baş ofisi Britaniyada yerləşəcək. Bununla yanaşı ARM Holdings mövcud olan lisenziyalaşdırma modelini reallaşdırmağa davam edəcək. Analitiklərin fikirlərinə əsasən iki şirkət arasında müqavilə yaxın həftələrdə bağlanacaq. Belə ki, hal hazırda nizamlayıcı orqanlar bu müqavilənin nəticələrini analiz edirlər və onların icazəsindən sonra iki şirkət arasında müqavilə bağlana bilər.

Mənbə: Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR