Slimfit
  1. SİYASƏT

Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır – Rafael Qrossi

Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır – Rafael Qrossi
Sakura

Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır – Rafael Qrossi

Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır.

Ens.az Trend -ə istinadən xəbər verir ki,bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Bu konfrans ilin ən önəmli konfranslarından biridir. COP29 zamanı yeni razılaşmalara nail olmaq və keçən il Dubayda qəbul edilmiş vacib öhdəliklərin icrasına başlamaq üçün böyük ümidlər var. Burada iştirak etməkdən məmnunuq, çünki nüvə enerjisi bu tədbirdə xüsusi rol oynamalıdır", - Rafael Qrossi deyib.

AEBA-nin rəhbəri dekarbonlaşmış gələcəyə keçid üçün tədricən və balanslı yanaşmanın vacibliyini də qeyd edib.

"Beynəlxalq konsensus ondan ibarətdir ki, keçid nizamlı olmalıdır və ölkələr öz həll yollarını tapmalıdırlar. Burada ani həllər yoxdur. Enerji balansının seçilməsinə təsir edən iqtisadi, sosial, əmək və digər aspektləri nəzərə almaq vacibdir. Nüvə enerjisi getdikcə daha böyük rol oynamalıdır. Buna görə buradayıq", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

 

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR