Slimfit
  1. İDMAN

Nurməhəmmədovla Makqreqor ikinci dəfə döyüşə bilər – UFC-dən açıqlama

Nurməhəmmədovla Makqreqor ikinci dəfə döyüşə bilər – UFC-dən açıqlama
Sakura

Nurməhəmmədovla Makqreqor ikinci dəfə döyüşə bilər – UFC-dən açıqlama

Həbib Nurməhəmmədovla Konor Makqreqor yenidən döyüşə bilər. Bu haqda Mütləq döyüş çempionatının (UFC) rəhbəri Deyn Uayt danışıb.

Döyüşçülər ilk dəfə keçən il oktyabrın 7-də üz-üzə gəlmişdi. Onda Nurməhəmmədov qələbə qazanmışdı. Makqreqorun revanş haqda düşündüyü o vaxt da hiss olunurdu.

Bizimyol.info xəbər verir ki, ESPN telekanalının efirində idmançıların ikinci döyüş ehtimalı müzakirə olunub. Uayt deyib ki, birdən-birə onları rinqə çıxarmaq olmaz, əvvəlcə hərəsi ayrı-ayrılıqda başqa döyüşçü ilə gücünü sınamalıdır. Yəni döyüşçülər müəyyən hazırlıq prosesi keçməlidir.

Uayt Makqreqor üçün Donald Serroneni uyğun rəqib gördüyünü bildirib. Serrone irlandla döyüşməyə hazır olduğunu gizlətmir. Nurməhəmmədov üçün isə Toni Ferqyuson seçilib. Həbib amerikalı ilə keçən il qarşılaşa bilərdi. Amma Ferqyuson onda zədələnmişdi.

Ümumiyyətlə, Nurməhəmmədovla Makqreqorun ikinci döyüşünü bir müddət gözləmək lazım gələcək. Həbib irlandla döyüşdən sonra idmançıya yaraşmayan hərəkətinə görə 9 ay rinqdən kənarda qalacaq. Üstəlik, Rusiya təmsilçisi yarım milyon dollar cərimələnib. Nurməhəmmədov Makqreqorun məşqçisi Dillon Denisə hücum etdiyinə görə belə cəza alıb.

Makqreqor da cəzasız qalmayıb. İrland 50 min dollar cərimə ödəməlidir. Bundan başqa, Konora 6 aylıq cəza verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR