Slimfit
  1. CƏMİYYƏT

Nurlana Əliyevanı məhkəməyə çağıran sabiq şöbə müdiri xəstəxanaya yerləşdirilib

Nurlana Əliyevanı məhkəməyə çağıran sabiq şöbə müdiri xəstəxanaya yerləşdirilib
Sakura

Nurlana Əliyevanı məhkəməyə çağıran sabiq şöbə müdiri xəstəxanaya yerləşdirilib

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,  prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin səhhətində problem yaranması olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə sədrlik edən hakim Əli Məmmədov iclasın martın 27-ə kimi təxirə salındığını elan edib.

Dürdanə Əliyevanın vəkili Rövşən Mərəndskiy APA-ya bildirib ki, Dürdanə Əliyeva 3 gün əvvəl yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam edir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. Sabiq rektor barəsində bir neçə həftə əvvəl məhkəməyə məcburi gətirilmə qərarı qəbul edilib.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR